Çempionatdan medalla qayıtdıq
11 Aprel 2009 Şənbə 12:15
Sonuncu olaraq mübarizəyə qoşulan 94 kiloqramda çıxış etmiş Rövşən Fətullayevlə, Əlibəy Səmədov da medal qazana bilməyib

Rumıniyada davam edən Ağır atletika üzrə Avropa çempionatını Azərbaycan 2 gümüş medalla başa vurub. Bu isə o deməkdir ki, sonuncu olaraq mübarizəyə qoşulan 94 kiloqramda çıxış etmiş Rövşən Fətullayevlə, Əlibəy Səmədov da medal qazana bilməyib. Rövşən Fətullayev bürünc mükafatı qazanmağa yaxın olub. Təmsilçimizin birdənqaldırma üsulunda çıxışı zəif alınıb. Ağır atletimiz bu növdə 2-ci cəhddə 161 kiloqramlıq çəkinin öhdəsindən gəlsə də, sonuncu cəhdində 166 kiloqram ağırlığı başı üzərinə qaldıra bilməyib. Təkanla qaldırmada isə həmyerlimiz 201 kiloqramlıq ağırlığı ram edib. İkinci yanaşmasında 205 kiloqramın öhdəsindən gəlmiş Rövşən, sonuncu cəhdində 211 kiloqramı qaldıra bilməyib. Nəticədə idmançımız iki növün cəmində topladığı 366 kiloqramla qitə çempionatını 4-cü pillədə başa vurub.

Yarışın qalibi isə almaniyalı ağır atlet Yurgen Şpib olub. Xatırladaq ki, Avropa çempionatında əldə etdiyimiz gümüş medalları komandamıza Zülfüqar Süleymanovla, İntiqam Zairov qazandırıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar