Çempion Rafael Puare qəza keçirdi
    30 Dekabr 2009 Çərşənbə 18:40
    Rafael Puare əməliyyat olunacaq
    
                	 
    
         Biatlon üzrə səkkizqat Dünya çempionu Rafael Puare ciddi qəza keçirib. İdmançı idarə etdiyi kvadrosikldan yıxılıb. Bu gün onun boyun fəqərələrindən əməliyyat olunacağı gözlənilir. 
 
 Xatırladaq ki, Puare 4 dəfə Dünya Kubokunu qazanaraq, 3 dəfə Olimpiya çempionu olub. 
 
 O, 2007-ci ildə karyerasını başa vurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: