Çempion kuboka qovuşdu
15 May 2010 Şənbə 22:00
Çempionluq kuboku "İnter"ə təqdim olunub.
Unibank Premyer Liqasının 2009/2010-cu il mövsümünün qalibi olan "İnter" klubuna "Qəbələ" ilə oyundan sonra çempionluq kuboku təqdim olunub. "İnter" klubuna çempionluq kubokunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, bu gün Unibank Premyer Liqasında son turun oyunları keçirilib. Turnirin yekunlarına əsasən “Xəzər Lənkəran” öz meydanında “Bakı”ya məğlub olub, “Qarabağ” "Neftçi" ilə oyunda gözlənilmədən xal itirib, "Qəbələ"ni böyük hesabla məğlub edən “İnter” isə çempion olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar