Çempion güləşçi həbsdə
02 Mart 2010 Çərşənbə Axşamı 17:40
Olimpiya çempionu 7 il azadlıqdan məhrum edilib
Budapeştdəki evində narkotik maddələrin hazırlanmasında istifadə edilən bitkiləri yetişdirdiyinə görə barəsində hökm çıxarılan Peter Farkaş həbs edilib. Keçmiş Olimpiya çempionu İspaniyada yaxalanaraq Macarıstana gətirilib.

Qardaşı ilə bərabər yaşadığı evdə narkotik vasitə yetişdirən Fakaş 2008-ci ildə məhkəmədə azadlıqdan məhrum ediləcəyini anlayaraq elə məhkəmə salonundan qaçmışdı. O vaxtdan bəri axtarışda olan Peter Fakaş ötən ay İnterpol tərəfindən Andorada otellərdən birində yaxalanıb.

Andoradan İspaniyaya aparılan güləşçi Budapeştə gətirildikdən dərhal sonra həbsxanaya göndərilib. Macar idmançıya təyin edilmiş 5,5 il həbs müddət isə 7 ilə qədər artırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar