Çempion boksçumuz Salman Əlizadə danışdı
25 İyun 2011 Şənbə 09:12
Salman Əlizadə çempion olduğu üçün sevinir.
Boks üzrə Avropa çempionatında qızıl medal qazanan Salman Əlizadə 18 illik fasilədən sonra ölkəmizə belə bir qələbə gətirdiyi üçün sevincli olduğunu bildirib: “Belik Qalanovla döyüşüm Avropa çempionatında ən çətin görüş oldu. Rusiyalı boksçunun güclü və zəif tərəflərini bilirdim. 3-cü raundda rəqibin üzərimə gəlməsini gözləyərək, əks zərbələr endirdim.
Avropa çempionu olduğum üçün çox sevincliyəm. İnşallah Bakıda keçirilən dünya çempionatında da qızıl medal qazanaraq, Olimpiya oyunlarına lisenziya qazanmağa çalışacam”.

Əlizadə 18 illik həsrətə son qoymasından xəbərdardır: “Bilirdim ki, sonuncu dəfə 1993-cü ildə Rövşən Hüseynov qitə çempionatında 1-ci olub. Bu uğuru təkrar etdiyim üçün çox sevincliyəm. Federasiya rəhbərliyinə və məşqçilərimə mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm”. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar