Çemipionlar Liqası başladı
29 İyun 2011 Çərşənbə 02:59
Çemipionlar Liqası başladı. Keçirilən hər iki qarşılaşmada qonaqlar qalib gəlib.
Çempionlar Liqasında yeni mövsüm iki oyunla start götürüb. Birinci təsnifat mərhələsinin qarşılaşmalasında Andorranın “Santa Kolma” klubu öz meydanında Lüksemburqun “Dudelanc” komandasına 0:2 hesabı ilə uduzub. Cavab oyunu iyulun 5-də Lüksemburqda keçiriləcək. Cütlüyün qalibi iyulun 12-si və 19-da Sloveniya çempionu “Maribor”la qarşılaşacaq

San Marinonun “Tre Fiori” komandası isə ev oyununda Maltanın “Valette” komandasına 0:3 hesabı ilə məğlub olub. Bu qələbədən sonra Malta çempionunun əldə etdiyi üstünlüyü qoruyacağı və növbəti mərhələyə vəsiqə qazanacağı ehtimalı daha böyükdür. Onu növbəti mərhələdə Litvanın “Ekranas” klubu gözləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar