"Çelsi" şokdadır
21 İyul 2010 Çərşənbə 16:10
Klubun əsas qolkiperi Petr Çex zədələnib.
İngiltərənin “Çelsi” klubunun qolkiperi Petr Çex məşq prosesi zamanı zədələnib. Qapıçının İngiltərə Premyer Liqasının açılış qarşılaşmasında forma geyinə bilməyəcəyi dəqiqləşib. Çexin sağ ayağından zədə aldığı bildirilir.

28 yaşlı çexiyalı qapıçının Premyer Liqanın ikinci turunda “Mançester Yunayted”ə qarşı vacib oyunda da meydanda olmayacağı deyilir.

Xatırladaq ki, Petr Çex bir müddət əvvəl başından aldığı zədədən sonra bütün matçlara xüsusi qoruyucu ilə çıxır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar