Çelsi səfərdə böyük hesağlı qələbə qazandı. “Zadəganlar” “Bolton”un qapısından dörd cavabsız top keçiriblər.
Londonun “Çelsi” kulubu futbol üzrə İngiltərə çempionatının 24-cü turu çərçivəsində “Bolton”u səfərdə 4:0 hesağı ilə məğlub edib.
Karlon Ançelottinin komandası hər hissədə iki qol vurub. Oyunda hesağı 11-ci dəqiqədə hücumçu Didye Droqba açıb. 41-ci dəqiqədə isə yarımüdafiəçi Floran Maludo ikici topu rəqibin qapısında keçirib. Üçüncü qolu 56-cı diqəqədə Niyolya Anelka öz adına yazdırıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Ramires qoyub.
Bu qələbə “Çelsi” üçün mövsümdə 12-ci oldu. London klubu turnir cədvəlinin dördüncü pilləsindədir və lider “Mançester Yunayted”dən 7 xal geri qalır. “Bolton” isə son məğlubiyyətdən sonra turnir cədvəlində 10-cu yerədək geriləyib. ANSPRESS