"Çelsi"nin yeni stadionu olacaq
09 Noyabr 2010 Çərşənbə Axşamı 17:15
Arenanın tikintisini Roman Abramoviç maliyyələşdirəcək.
İngiltərənin “Çelsi” futbol klubu üçün yeni stadion inşa etdiriləcək. Böyük Britaniyanın “The Guardian” qəzetinin yaydığı məlumata görə, stadionun tikintisini “Çelsi” klubunun rəhbəri Roman Abramoviç maliyyələşdirəcək.

Stadion layihəsinin müəllifinin Londonun ən məşhur memarlarından olan Terri Farrelin olacağı bildirilir. “Çelsi”nin ev oyunlarını keçirəcəyi yeni stadionun 2015-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Xatırladaq ki, “Stemford Bric” stadionu 1877-ci ildə istifadəyə verilib. İdman qurğusu Avropanın ən qədim arenalarından biri sayılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar