“Çelsi”nin futbolçusu Mikael Essyen ağır zədə alıb
10 Dekabr 2009 Cümə Axşamı 10:15
Mikael Essyen 1 ay futbol oynamayacaq
Çempionlar Liqası turniri çərçivəsində Kiprin “APOEL” klubu ilə qarşılaşmada “Çelsi”nin futbolçusu Mikael Essyen zədələnib.

Əvvəlcə futbolçunun zədəsinin yüngül olduğu güman edilsə də, sonradan klubun həkimləri Essyenin ağır xəsarət aldığı müəyyənləşdirib. 26 yaşlı futbolçunun 1 ay futbol oynamayacağı bildirilir.

Xatırladaq ki, Çempionlar Liqası turnirinin qrup mərhələsinin son matçında “Çelsi” “APOEL”ə qarşı keçirdiyi oyunu 2:2 hesabı ilə nəticələnib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar