Çelsi məğlubiyyətə uğradı
15 Noyabr 2010 Bazar Ertəsi 00:30
“Zadəganlar” ölkə çempionatında öz meydanlarında ilk qollarını buraxdılar
Londonun “Çelsi” klubu İngiltərə çempionatının 13-cü turu çərçivəsində öz meydanında “Sanderlend”ə böyük hesabla məğlub olub və mövsümdəki məğlubiyyətlərinin sayını üçə çatdırıb.

“Stemford Bric”dəki qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. 45-ci dəqiqədə “Sanderlend”i Nedum Onuoxa hesabda irəli çıxarıb. Asamoa Qyan isə 52-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni 87-ci dəqiqədə Daniel Uellbek qoyub-3:0.

Bu oyunda Karlr Ançelottinin yetirmələri ölkə çempoinatında öz meydanlarında ilk qollarını buraxıblar.

Məğlubiyyətə baxmayaraq, “zadəganlar” 28 xalla turnir cədvəlienə liderliyi davam etdirirlər. “Arsenal” “Çelsi”dən 2, “Mançester Yunayted” isə 3 xal geri qalır. “Çelsi”yə mövsümdəki üçüncü dəfə məğlubiyyəti daddıran “Sanderlend” isə 19 xalla 6-cı pilləyədək irəliləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar