“Çelsi” – “Mançester Yunayted” matçının keçirilmə vaxtı açıqlandı
24 Dekabr 2010 Cümə 12:00
Möhtəşəm qarşılaşma 2011-ci ildə baş tutacaq
Pis hava şəraiti səbəbindən təxirə salınmış “Çelsi” – “Mançester Yunayted” matçının keçiriləcəyi tarix müəyyənləşib.

“Çelsi” futbol klubunun rəsmi saytında yer alan məlumata görə, matç 2011-ci ilin martın 1-də oynanılacaq. Ancaq klubların etiraz edəcəyi təqdirdə matçın başqa vaxta təyin ediləcəyi də istisna edilmir.

Xatırladaq ki, “Çelsi” – “Mançester Yunayted” matçı İngiltərə çempionatının XVIII turu çərçivəsində keçirilməli idi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar