"Çelsi" Lemparda əvəz tapıb
04 Mart 2011 Cümə 18:01
"Zadəganlar" Uesli Sneyderi transfer etmək fikrinə düşüb
İngiltərənin “Çelsi” klubu hollandiyalı futbolçu Uesli Sneyderi transfer etmək istəyir. İtaliyanın “La Gazzetta Dello Sport” nəşrinin iddiasına görə, “Çelsi” və “İnter” klubları arasında transfer danışıqları yay “transfer pəncərəsi” zamanı start götürə bilər. “Çelsi” rəhbərliyi 26 yaşlı Uesli Sneyderi 33 yaşlı Frenk Lempardla əvəzləmək fikrindədir.

Xatırladaq ki, “İnter”lə müqaviləsi 2013-cü ildə bitəcək Uesli Sneyder karyerası ərzində “Ayaks” və “Real” klublarının da formasını geyinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar