Çelsi klubunun ulduzu Fernando Torres İtaliyaya gedir
30 Avqust 2014 Şənbə 13:55
İspaniyalı futbolçu Fernando Torres "Çelsi"dən gedir. Torresin "Milan" klubu ilə 2 illik müqavilə bağlayacağı gözlənilir.
İspaniyalı futbolçu Fernando Torres "Çelsi"dən gedir.
ANS PRESS-in məlumatına görə, tanınmış futbolçu İtaliyanın "Milan"klubu ilə razılığa gəlib. Torresin klubula 2 illik müqavilə bağlayacağı gözlənilir.
Futbolçu "Milan"da icarə əsasında forma geyəcək. Mariyo Balotellini "Liverpul"a satan İtaliyan klub heyətindəki hücumçu boşluğunu Torres ilə doldurmaq istəyir. Artıq klublar arasında da razılıq əldə olunub.
"Çelsi"nin İspan hücumçusu sağlamlıq testindən keçdikdən sonra bu gün "Milan"la müqavilə bağlayacaq.
"Atletiko Madrid"də futbola başlayan Torres 2007-ci ildə "Liverpul"a transfer olmuşdu və burada keçirdiyi dörd mövsümə 102 matçda 65 qola imza atmışdı. "Qırmızılar"dan "Çelsi"yə keçən ispaniyalı burada istənilən performansı göstərə bilməyib. Futbolçu "Çelsi" forması ilə üç mövsümdə cəmi 20 dəfə fərqlənə bilib.
DOSTLARINLA PAYLAŞ: