Çelsi klubu 37 milyon avro teklif edib
24 Avqust 2013 Şənbə 01:13
Klub braziliyalı yarımmüdafieçini heyetine qatmaq isteyir.
"Anji" klubunun futbolçusu Villian karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az-ın məlumatına görə, “Çelsi” braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Belə ki, İngiltərənin digər təmsilçisi “Tottenhem” 25 yaşlı futbolçunun klubu “Anji” ilə 35 milyon avroya anlaşıb. Amma “Çelsi”nin 37 milyon avroluq təklifi rus klubunu və futbolçunu çaş-baş salıb. İndi Villanın hansı təklifi qəbul edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Villan ötən mövsüm qış transfer pəncərəsi dönəmində "Şaxtyor" (Donetsk) klubundan "Anji"yə keçmişdi.
DOSTLARINLA PAYLAŞ: