“Çelsi” İngiltərə çempionu oldu
10 May 2010 Bazar Ertəsi 00:25
“Zadəganlar” çempionluğu “Uiqan” üzərində 8:0-lıq qələbə ilə rəsiləşdiriblər.
“Çelsi” tarixində dördüncü dəfə İngiltərə çempionu olub. Roman Abramoviçin komandası 38-ci tur çərçivəsində öz meydanında “Uiqan Atletik”i darmadağın edib. “Zadəganlar” rəqibin qapısından səkkiz cavabsız top keçiribər. Üç dəfə Droqba, iki dəfə Anelka, hərəyə bir dəfə isə Lempard, Kalu, Eşli Koul fərqləniblər.
“Çelsi” sonuncu dəfə 2005-2006-cı il mövsümündə çempion olmuşdu. O vaxt komandaya Joze Mourinyo rəhbərlik edirdi. Bu ilki çempionluqla “Çelsi” “Mançester Yunayted”in üç illik hegemonluğuna son qoyub.
Londonlular 38 oyunda 86 xal toplayıblar və 103 qol vurublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: