Federasiya Kubokunun 127-ci final matçında "Everton"la qarşılaşan London təmsilçisi 2-1 hesablı qələbə qazanıb
Londonun "Çelsi" klubu İngiltərə Federasiya Kubokunun (FA Cup) qalibi olub. “Vembley” stadionunda 90 min azarkeşin izlədiyi 127-ci Federasiya Kubokunun final matçında, daha öncə 5 dəfə bu kubokun qalibi olan "Everton"la kuboku 4 dəfə qazanan "Çelsi" qarşılaşıb. Qarşılaşmada ilk qolu "Everton" futbolçuları vurub, Luis Saha komandasını hesabda irəli çıxarıb. "Çelsi"nin bu qola cavabı 21-ci dəqiqədə gəlib, ulduz futbolçu Didier Droqba komandasının bərabərlik qoluna imza atıb. "Çelsi"yə qələbə və kuboku qazandıran qolu isə qarşılaşmanın 72-ci dəqiəsində Frank Lampard "Everton"un qapısından keçirib.
Bu nəticədən sonra, 1872-ci ildən keçirilən və dünya futbolundakı ilk kubok yarışı hesab olunan Federasiya Kubokunun 127-ci finalında "Çelsi" çempionluğu bayram edib. 5-ci dəfə Federasiya Kubokunun qalibi olan "Çelsi", finalda qarşılaşdığı "Everton"la kubok sayını bərabərləşdirib.
Qeyd edək ki, Federasiya Kubokunu ən çox "Mançestr Yunayted" qazanıb. "Qırmızı şeytanlar" FA kubokunda 11 dəfə çempionluğu bayram edibl'r. /ANS PRESS/