Çelsi Avroliqanın qalibi oldu
16 May 2013 Cümə Axşamı 01:45
London təmsilçisi finalda "Benfika"nı məğlub edib.
UEFA Avropa Liqasının 2012-2013-ci il mövsümünün qalibi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Londonun "Çelsi" klubu final qarşılaşmasında Lissabonun "Benfika" klubuna 2:1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.

Qarşılaşmada hesabı Fernando Torres açıb. Ancaq Oskar Kardoza penalti zərbəsilə hesabı bərabərləşdirib. Hamı qarşılaşmanın bu hesabla başa çatacağını gözləsə də Branislav İvanoviç 90-cı dəqiqədə komandasına qələbə və kuboku gətirən qola imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar