Çelsi - Aston Villa 8:0
24 Dekabr 2012 Bazar Ertəsi 22:44
"Zadəganlar" rəqibi Londona gəlməyə peşman ediblər.
Futbol üzrə İngiltərə çempionatının 17-ci turu çərçivəsində keçirilən "Çelsi"-"Aston Villa" qarşılaşması yekunlaşıb. ANS PRESS-in məlumatına görə, oyunda ev sahibi komanda 8:0 hesabı ilə qalib gəlib. Əgər "Çelsi"li futbolçular matçda daha bir penaltini dəqiq yerinə yetirsəydilər 9:0 hesabı ilə qalib gələrdilər. Hesabın bu qədər böyük olmasına baxmayaraq matçda het-trik edən futbolçu olmayıb. Ramirez iki dəfə rəqib qapıya yol tapıb. Hərəyə bir dəfə isə Fernando Torres, David Luis, İvanoviç, Oskar, Lempard və Azar isə hərəyə bir dəfə fərqləniblər. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar