Çelsi aparıcı futbolçusu Maykl Essieni itirdi
    22 Yanvar 2010 Cümə 17:10
    Maykl Essien zədə səbəbindən 6 həftə yaşıl meydanlardan kənar qalacaq
    
                	 
    
         Afrika Millətlər Kubokunda iştirak edən Qana yığması və “Çelsi”nın futbolçusu Maykl Essien məşqdə ağır zədə alıb. Essienin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 
“Çelsi” futbol klubunun italiyalı baş məşqçisi Karlo Ancelotti qanalı futbolçunun zədələnməsindən pərişan olduğunu bildirib. “Futbolçunun əzələsində yırtıq yaranıb. Bunun üçün futbolçu bir müddət kollektivdən ayrı düşəcək. Düşünürəm ki, bu, “Çelsi” üçün böyük itki olacaq”, - deyə Karlo Ancelotti bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: