Cavid İmamverdiyev cəzalandırıldı
28 Avqust 2010 Şənbə 11:30
Cavid İmamverdiyev əvəzedici heyətə göndərildi.
"Neftçi" futbolçusu Cavid İmamverdiyevi əsas heyətdən kənarlaşdırılaraq, əvəzedici heyətə göndərib. Buna səbəb futbolçunun komandanın məşqlərindən birinə gecikməsi səbəb olub.

Nəticədə komandanın baş məşqçisi Arif Əsədov futbolçunu intizamsızlığına görə cəzalandırıb. Futbolçu bu tur baş tutacaq “İnter"lə oyunu buraxacaq.

Xatırladaq ki, yığmamızın baş məşqçisi Berti Foqts da bir neçə gün əvvəl Cavid İmamverdiyevin hazırlığının aşağı səviyyədə olmasını əsas gətirərək onu təlim-məşq toplanışından kənarlaşdırmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar