Caspian Cup gürcülərə qismət oldu
04 İyun 2012 Bazar Ertəsi 23:47
Bakıda 17 yaşadək yeniyetmələrdən ibarət komandalar arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Bakıda 17 yaşadək yeniyetmələrdən ibarət komandalar arasında futbol üzrə II Caspian Cup beynəlxalq turniri başa çatıb. Finalda Gürcüstan millisi Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub edib. Üçüncü yer isə Özbəkistana qismət olub.
II Caspian Cup turniri mayın 30-da start götürüb. Turnirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Litva, Türkiyə, Gürcüstan, Yaponiya və Özbəkistan milliləri iştirak edib.
DOSTLARINLA PAYLAŞ: