Camal Rəhimov finala çıxmaq üçün 45 idmançı arasına düşməlidir.
Bu gün London yay Olimpiya oyunlarının doqquzuncu günüdür. Hələlik bir bürünc medal qazanan Azərbaycan idmançılarından daha beşi mübarizəyə qoşulacaq.
Londonda 94 kq da çıxış edən ağır atletimiz İntiqam Zairov mübarizəyə qoşulub. Birdənqaldıirmada 173,175 və 182 kiloqram çəkinin öhdəsindən gələn İntiqam liderlər qrupunda qərarlaşıb. Amma təkanla qaldırmada 223 kiloqramın öhdəsindən gəlsə də 225 kilonu qaldıra bilməyən İntiqam sonda altıncı yerdə qərarlaşaraq yarışları medalsız başa vurub. Daha bir ağır atletimiz Veliçko Çolakov isə zədələnərək olimpiadanı tərk edib.
Bu gün mübarizəyə ilk olaraq çaparımız Camal Rəhimov qoşulacaq. Ötən gün ilk mərhələni uğurla başa vuran Camal bu gün Varior adlı atı ilə konkur növündə mübarizə aparacaq. Finala çıxmaq üçün çaparımız 45 idmançı arasına düşməlidir. Daha sonra isə yunan roma güləşçilərimiz Rövşən Bayramov və Emin Əhmədov medallar uğrunda yarışacaq. Boksçumuz Yelena Vistropova ilk döyüşünə çixacaqsa, Teymur Məmmədov 4/1 mərhələdə belaruslu Serqey Korneyevi yarışlardan uzaqlaşdırmağa çalışacaq.