Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
28 Yanvar 2011 Cümə 22:40
Çempionatda Rusiya, Türkiyə və Ukrayna idmançıları da mübarizə aparacaq.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (AHEİNF) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 28-30-dа Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma idman növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Çempionatda Rusiya, Türkiyə və Ukrayna idmançıları da mübarizə aparacaq.

Yarışda AHEİNF-nin “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarından 60 idmançı iştirak edəcək.

Yanvarın 29-da idmançılar buzadırmanma idman növünün mürəkkəbliyi üzrə, bir gün sonra isə sürət üzrə yarışacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar