Buz meydanı döyüş meydanına çevrildi; 2 yaralı
04 Dekabr 2011 Bazar 11:57
Hokkey matçı dava ilə yadda qalıb.
Türkiyənin Ərzurum şəhərində Buz Hokkeyi SuperLiqası kütləvi dava ilə yadda qalıb. Ərzurum "Gənclikspor" komandası ilə Kocaeli "Kağıtspor" komandasının oyunçuları arasında mübahisə bir anda buz meydançasını döyüş meydanına çevirib. Polisin müdaxilə etməkdə çətinlik çəkdiyi kütləvi davada 2 hokkeyçi xəsarət alıb. Hokkey dəyənəkləri havada uçuşub.
Kütləvi dava 20 dəqiqə davam edib, bundan sonra hakim komandaları meydançaya çağıraraq, oyunu davam etdirib.
DOSTLARINLA PAYLAŞ: