Bursaspor Türkiyə çempionu oldu
17 May 2010 Bazar Ertəsi 09:15
Bursaspor klubu Türkiyə çempionu oldu. Anadolu klubu tarixi ərzində ilk dəfə bu titula sahib çıxıb
Dünən gecə saatlarında futbol üzrə Türkiyə çempionatının qalibi müəyyənləşib. Uzun marafonun ardından “Bursaspor” klubu bu titula sahib çıxıb. Anadolu klubu öz meydanında ölkə çempionu “Beşiktaş”ı məğlub etməklə bu titula sahib çıxıb.

Son tura qədər lider olan “Fənərbaxça” isə öz meydanında “Trabzonspor” kollektivinə qalib gələ bilməyərək 18-ci dəfə Türkiyə çempionu olmaq arzusunu ən azı bir illiyə təxirə salıb. “Trabzonspor” klubu “Fənərbaxça” ilə oyunda 1:1 hesablı heç-heçəyə nail olaraq “Bursaspor”un çempion olmasına şərait yaradıb.

Beləliklə “Bursaspor” çempion olmaqla növbəti mövsümdə Türkiyəni birbaşa Çempionlar Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanıb.

Xatırladaq ki, “Bursaspor” klubu Türkiyədə “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” klublarından sonra ölkə çempionu olan 5-ci klub kimi tarixə düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar