Bursaspor heyətini gücləndirir
20 May 2010 Cümə Axşamı 16:35
Türkiyə klubu "Aston Villa"dan Marlon Harevudu transfer etməyə çalışır.
İngiltərə mətbuatı “Aston Villa”nın futbolçusu Marlon Harevudun Türkiyənin “Bursaspor” klubundan təklif aldığı məlumatını yayıb. 30 yaşlı futbolçunun “Bursaspor” klubu ilə çox cəlbedici şərtlərlə müqavilə imzalayacağı gözlənilir. Harevudu “Bursaspor”la yanaşı ABŞ-ın “DC United” klubu da heyətinə qatmağa cəhd göstərir.
Xatırladaq ki, Marlon Harevud karyerası ərzində “Nottingem Forest”, “İpsviç Taun”, “Vest Hem Yunayted” və “Haka” klublarının formasını geyinib. APA
DOSTLARINLA PAYLAŞ: