“Bursaspor” biabırçı məğlubiyyətə uğradı
25 Noyabr 2010 Cümə Axşamı 02:25
“İnter”, “Barselona”, “Mançester Yunayted”, “Tottenhem”, “Şalke”, “Lion” və “Valensiya” növbəti mərhələyə çıxdı
Ötən gün UEFA Çempionlar Liqasında 5-ci tura yekun vurulub. C qrupunda İspaniyanın “Valensiya” öz meydanında Türkiyənin “Bursaspor” komandasını 6:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Mata (17-ci dəqiqə penalti), Soldado (21-ci və 55-ci dəqiqələr), Adurits (30-cu dəqiqə), Hoakin (37-ci dəqiqə), Dominges (78-ci dəqiqə) vurub. “Bursaspor”un təsəlli qolu 69-cu dəqiqəyə təsadüf edib-Batalla fərqlənib.
Günün bütün qarşılaşmalarının nəticələri:
A qrupu: İnter-Tvente 1:0; Tottenhem-Verder 3:0
B qrupu: Hapoel-Benfika 3:0; Şalke-Lion 3:0
C qrupu: Qlazqo Reyncers-Mançester Yunayted 0:1; Valensiya-Bursaspor 6:1
D qrupu: Rubin-Kopenhagen 1:0; Panatinaikos-Barselona 0:3.
Beləliklə, dörd qrupda keçirilmiş qarşılaşmalardan sonra “İnter”, “Barselona”, “Mançester Yunayted”, “Tottenhem”, “Şalke”, “Lion” və “Valensiya” klubları 1/8 final mərhələsinə vəsiqə əldə ediblər.
DOSTLARINLA PAYLAŞ: