Bursaspor baş məşqçisi Ertuğrul Sağlam istefa verib
28 Yanvar 2013 Bazar Ertəsi 03:29
Bursaspor başsız qaldı.
Türkiyənin futbol üzrə Superliqasında “İstanbul Büyükşehir Belediyesipor”a 4:1 hesabı ilə məğlub olan “Bursaspor” klubunun baş məşqçisi Ertuğrul Sağlam istefa verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məğlubiyyətdən sonra azarkeşlər komandanı etirazlarla qarşılaşmıhdı.
Ertujrul Sağlam sonuncu məşqə qatılmayıb. Klub rəhbərliyi məşqçini yola gətirməyə çağışır. Ertuğrul Sağlamın bu gün günorta mətbuat konfransı keçirəcəyi bildirilir. O, bu gün klub prezidenti İbrahim Yazıcı ilə görüşəcək, ardınca isə son qərarını açıqlayacaq.
Bu arada isə Türkiyə kuboku çərçivəsində sabah “Trabzonspor”la qarşılaşacaq “Bursaspor” bu gün Trabzona yola düşəcək. Komandanı səfər oyununa məşqçi Mutlu Topçu aparacaq.
DOSTLARINLA PAYLAŞ: