Bursaspor argentinalı futbolçunu heyətinə qatır
17 İyun 2010 Cümə Axşamı 14:10
Federiko İnsua müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.
Bu mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Bursaspor” klubu heyətinə argentinalı futbolçu cəlb etməyə yaxındır. “Boka Xuniors” klubunda icarə əsasında forma geyinən 30 yaşlı Federiko İnsua Anadolu klubu ilə müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.

İnsuanın iki gün ərzində “Bursaspor”la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, Federiko İnsua karyerası ərzində “Malaqa”, “Borussiya” (Mönxenqladbax), “İndepentyente” kimi klubların formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar