Burak Yılmaz Latsio klubuna keçir?
29 Avqust 2013 Cümə Axşamı 19:36
İtaliya metbuatı Burak Yılmaz ın 15 milyon avro müqabilinde Latsio klubuna keçdiyini iddia edir.
İtaliyanın məşhur idman qəzetləri “Qalatasaray”ın türkiyəli ulduzu Burak Yılmazın “Latsio”ya transfer edildiyini yazıb. ANSPRESS-in “La Qazetta Dello Sport” və “Corriere Dello Sport”a istinadən verdiyi məlumata görə, Roma klubu ulduz futbolçunun transferi üçün 12 milyon avro və əlavə bonuslar qarşılığında İstanbul nəhəngi ilə razılaşma əldə edib.

Xəbərdə “Latsio” klubunun rəhbəri Klaudio Lotitonun günlərdir türkiyəli rəsmilərlə görüşdüyü və “sarı-qırmızı”lı komandanın Burak Yılmaz üçün ilkin olaraq 18 milyon avro istədiyi qeyd olunur. Yazıda həmçinin “Qalatasaray”ın idman koordinatoru Bülent Tulun ötən gün Romaya gedərək italiyalılarla danışıqlar masasına əyləşdiyi bildirilir.

Bu gün İtaliya mətbuatında nəşr olunan xəbərdə romalıların futbolçu üçün 12 milyon və əlavə olaraq 3 milyon avro təklifinin “Cim-bom” tərəfindən qəbul edildiyi yazılıb. Xəbərə görə, maddi məsələdə razılıq əldə edən hər iki komanda ödəmənin hansı formada həyata keçiriləcəyini dəqiqləşdirməyiblər.

Bildirilir ki, “Latsio” qeyd olunan məbləği 4 dəfəyə ödəməyi təklif etsə də, “Aslan”lar pulun iki dəfədə ödənməsini istəyib. İtalyanlara görə, futbolçunun özü isə ilə 2.2 milyon avro qazanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar