Burak Yılmaz Fatih Terimden danışdı
09 Sentyabr 2013 Bazar Ertəsi 21:59
Türkiyə yığmasının forvardı Burak Yılmaz sabahkı oyunla bağlı fikirlərini bildirib.
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rümıniya millisi ilə qarşılaşacaq Türkiyə yığmasının forvardı Burak Yılmaz sabahkı oyunla bağlı danışıb.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Fatih Terimlə birgə media mənsublarının önünə çıxan Burak Yılmaz Rümıniya ilə oyunda meyda yalnız qələbə qazanmaq üçün çıxacağını bildirdi: “Rümıniya millisi ilə qarşılaşmanın bizim üçün nə anlama gəldiyini bilirik. Son dəqiqəyə qədər mübarizə aparacağıq. Fatih Terim bizə qalib gəlmək arzusunu və istəyini aşıladı. Bura qələbə üçün gəlmişik. İtirəcək bir şeyimiz qalmayıb”.

Qeyd edək ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına yollanmaq üçün Türkiyə mütləq Rümıniya ilə oyunda qalib gəlməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar