Bülənt Korkmaz qovuldu
22 Mart 2010 Bazar Ertəsi 16:30
"Bakı" rəhbərliyi məşqçi Bülənt Korkmazı istefaya göndərib.
Bülənt Korkmaz “Bakı” klubunun baş məşqçi postundan istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 42 yaşlı türkiyəli çalışdırıcısı ilə Unibank Premyer Liqasının axırıncı turundan sonra yollarını ayırıb.

Azərbaycan kuboku uğrunda “Standard”la 1:1 hesabı ilə nəticələnən oyundan sonra istefası gündəmdə olan Korkmaza şans verilib. Ancaq Unibank Premyer Liqasında son turunda “Neftçi”yə məğlubiyyət (0:1) həlledici olub. Nəticədə çempionluq yolunda geriləyən, lider “İnter”dən artıq 6 xal geri qalan “Bakı”nın çempionluq titulunu qoruması çətinləşib.

Qeyd edək ki, Korkmaz ötən ilin sentyabrın sonunda “Bakı”nın sükanı arxasına gətirilmişdi. O, həmin vaxt makedoniyalı həmkarı Qyoko Hacıyevskini əvəzləmişdi. Korkmaz məşqçilik karyerasında buna qədər də iş yerini tez-tez dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar