Bülent Korkmaz kubok arzusundadır
04 Mart 2010 Cümə Axşamı 12:15
Bülent Korkmaz kubok arzusundadır. “Bakı” futbol klubu hazırlıqlarını davam etdirir.
“Bakı” futbol klubu Azərbaycan kuboku uğrunda qarşılaşmalara hazırlaşır. Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Bakı” futbol klubu kubok oyunu çərçivəsində “Standard”la üz-üzə gələcək.

“Bakı” futbol klubunun baş məşqşisi Bulent Korkmaz qarşılaşma öncəsi fikirlərini bildirib: “Hər bir oyun kimi “Standard”la oyun da vacib əhəmiyyət daşıyır. Bizim klubun Avropa Kuboklarına vəsiqə qazanmağının ən qısa yolu kuboku qazanmaqdan keçir. Azərbaycan Kubokunu qazanmaq üçün ilk növbədə “Standard” səddini uğurla dəf etməliyik”.

Bülent Korkmaz sonda “Bakı” futbol klubunun Azərbycan Kubokunu qazanacağına inandığını bildirib. Xatırladaq ki, Azərbaycan Kuboku çərçivəsində “Standard” – “Bakı” matçı martın 6-da keçiriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar