Bülent Korkmaz cəzalandırıldı
23 Fevral 2010 Çərşənbə Axşamı 14:45
Baş məşqçi Bülent Korkmaz 1 oyunluq texniki zonadan uzaqlaşdırılıb
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Unibank Premyer Liqasında XXII turun oyunlarındakı mübahisəli məqamlara aydınlıq gətirilib. AFFA-dan verilən məlumata görə, XXII turun “Bakı” – “Muğan” qarşılaşmasında ev sahibi komandanın futbolçularından 5-nin sarı vərəqə görməsi ilə əlaqədar Bakı təmsilçisi 1000 manat cərimə edilib.
Oyunun 77-ci dəqiqəsində “Bakı” klubunun baş məşqçisi Bülent Korkmazın texniki zonadan kənara çıxaraq meydana daxil olması ilə əlaqədar məşqçi 1 oyunu tribunadan izləyəcək. Klub isə buna görə, 2000 manat cərimə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: