Bukmekerlər "İnter" deyir
20 Yanvar 2011 Cümə Axşamı 21:15
Kaxaber Sxadadzenin yetirmələrinin Birlik Kubokunun finalına çıxmaq şansları yüksək qiymətləndirilir.
Bukmeker kontorları Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Birlik Kubokunun yarımfinal oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Bu mərhələdə mübarizə aparan Bakının “İnter” klubunun finala çıxmaq şansı yüksək dəyərləndirilir.

Marathonbet.com bukmeker saytı Kaxaber Sxadadzenin yetirmələrinin Rusiya çempionu “Zenit”in əvəzediciləri ilə görüşündə qələbəsini 2.02, məğlubiyyətini isə 3.85 əmsalla qiymətləndirib. Proqnozlara görə heç-heçəyə pul qoyanlar əmanətlərini 3.30 dəfə artırmaq imkanı əldə edəcək.

Qeyd edək ki, “Zenit” – “İnter” matçı sabah Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar