Bugün Qarabağ Streymur klubu ilə qarşılacaq
14 İyul 2011 Cümə Axşamı 23:01
Bugün Qarabağ Streymur klubu ilə qarşılacaq. Bu qarşılaşmanın Bakıda keçiriləcək cavab oyunun hakimlərinin adları da açıqlanıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Streymur"la qarşılaşacaq "Qarabağ" artıq Farer adalarındadır. ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu günü tək məşqlə keçirən Ağdam təmsilçisi "Qundadalur" stadionunda hazırlıq keçib.
"Qarabağ" oyunqabağı son məşqini isə sabah yerli vaxtla saat 11:30-da keçirəcək.
Xatırladaq ki, "Streymur" - "Qarabağ" oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu arada, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək «Qarabağ» - «Streymur» (Farer adaları) oyununu idarə edəcək hakimlərin adları da artıq bəllidir. Bu oyunun baş hakimi Goran Spirkoski, baş hakimin köməkçiləri: İgor Sirilov, Kiril Negrieskidirlər. Oyunun dördüncü hakimi Petar Veljanovski (Hakimlər briqadası Makedoniyadandır). Hakim-inspektor isə Kiprdan olan Kyros Georgioudur. anspress
DOSTLARINLA PAYLAŞ: