Buffonun zədəsi ciddidir
16 İyun 2010 Çərşənbə 23:30
Futbolçunun meydana çıxacağı tarix bəlli deyil.
İtaliyanın futbol üzrə yığma komandasının qapıçısı Canluici Buffonun zədəsi ciddidir. Paraqvayla görüş zamanı əvəzlənən futbolçu iyunun 15-də tibbi müayinədən keçsə də, həkimlər qapıçının sağalmasının dəqiq müddətini müəyyən edə bilməyiblər.
İtaliyalı qapıçı iyunun 14-də keçirilmiş Paraqvayla görüş ərəfəsində məşq zamanı kürəyində olan zədəni daha da kəskinləşdirib. Matç zamanı ağrılara dözə bilməyən Buffon əvəzlənməsini xahiş edib və onun yerinə Federiko Marketti meydana çıxıb.
Qarşılaşmadan sonra Buffon iki gün müddətində sağalacağını bildirsə də, iyunun 15-də keçirilmiş tibbi müayinədən sonra İtaliya yığmasının həkimi Enriko Kastellaççi bu proqnozu təsdiqləməyib. O, həmçinin qapıçının tam hazır olacağı müddəti də bildirməkdən çəkinib.
Qeyd edək ki, Buffon və Markettidən başqa dünya çempionatında İtaliya yığmasının heyətində Morqan De Sanktisin də adı vardır.
Xatırladaq ki, Paraqvay-İtaliya görüşü 1:1 hesabı ilə nəticələnib. İtalyanlar Buffonun qapını qoruduğu görüşün birinci hissəsində qol buraxıblar. İtaliya yığması iyunun 20-də Yeni Zelandiya, iyunun 24-də isə Slovakiya komandaları ilə qarşılaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: