Buffon son 25 ilin ən yaxşı qapıçı seçilib
22 Oktyabr 2010 Cümə 21:50
İtaliyalı qolkiper Buffon 197 səs toplayıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 25 ilin ən yaxşı 10 qapıçısının siyahısını tərtib edib. Keçirilən sorğunun nəticələrinə görə, Buffon son 25 ilin ən yaxşı qapıçısı seçilib. Rəy sorğusunda 197 səs toplayan "Yuventus"un qapıçısı adını əfsanəvi qolkiperlər arasına yazdırmağa nail olub.

Son 25 ilin ən yaxşı 10 qapıçısı belə sıralanıb:

1. Canluici Buffon
2. Peter Şmeyhel
3. Edvin van der Sar
4. Iker Kasilyas
5. Oliver Kan
6. Xose-Luis Çilavert
7. Andoni Subizaretta
8. Valter Zenqa
9. Klaudio Taffarel
10. Maykl Prüdom
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar