Hit-paradda Fransa U-20-nin futbolçusu Aleksandr Koeffin vurduğu qol liderdir.
Portuqaliyanın məşhur TVGolo.com saytı ənənəvi olaraq dünyanın futbol meydanlarında həftə ərzində vurulan ən gözəl qolları müəyyənləşdirib. ANS PRESS-in məlumatına görə, bu həftəki hit-paradda Fransa U-20-nin futbolçusu Aleksandr Koeffin ABŞ millisinə vurduğu qol birincidir. Səsvermədə iştirak edənlərin təxminən 21 faizi həftənin ən gözəl qolu kimi məhz onu seçib. Bu qolu “Bavariya”in Aryen Robbenin vurduğu qol izləyir. Bu qola səsvermədən iştirak edənlərin təxminən 18 faizi səs verib.
Qeyd edək ki, portalda səsvermə davam edir və hər kəs bəyəndiyi qolu seçə bilər. ANS PRESS həftənin ən gözəl 10 qolunu təqdim edir.