Bu gün Zenit - İnter matçı keçiriləcək
21 Yanvar 2011 Cümə 09:40
Çempionumuz “Birlik Kuboku”da finala vəsiqə uğrunda mübarizə aparacaq.
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku" turnirində yarımfinal görüşləri baş tutacaq. Azərbaycan çempionu Bakının “İnter” klubu bu mərhələdə yerli “Zenit” klubu ilə qarşılaşacaq. Matç "Peterburqski" idman kompleksində baş tutacaq.

Rəqib son Rusiya çempionu olsa da, “Birlik Kuboku”nda əvəzedici heyətlə çıxış edir. Bu isə turnirə ən güclü heyətlə qatılmış “İnter”in finala çıxmaq şanslarını bir qədər də artırır. “Zenit” – “İnter” görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “İnter” turnirin ¼ final mərhələsində Ermənistan təmsilçisi “Mika”nı 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. Çempionumuz “Birlik Kuboku” turnirində bu mövsüm çıxdığı 4 qarşılaşmanın hamısında qələbə qazanıb. Rəqib qapısından 11 qol keçirən “İnter” qapısında hələ ki, qol görməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar