Bu gün yığmamız Çernoqoriya ilə qarşılaşır
27 Oktyabr 2010 Çərşənbə 12:30
17 yaşlı futbolçularımız qrupda son oyunlarına çıxırlar.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yeniyetmə futbolçularımız Çernoqoriyadan olan həmyaşıdları ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı moldovalı hakim İqor Şatski idarə edəcək.

Xatırladaq ki, 17 yaşlı futbolçularımız ilk iki görüşlərini məğlubiyyətlə başa vurublar. Komandamız müvafiq olaraq 0:2 hesabı ilə Portuqaliyaya, 0:6 hesabı ilə isə Şimali İrlandiyaya uduzub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar