Bu gün “Xəzər Lənkəran”la “Neftçi” qarşılaşacaq
10 Sentyabr 2011 Şənbə 11:48
Ümumilikdə V tur çərçivəsində 3 matç baş tutacaq
Bu gün Unibank Premyer Liqasında V turun oyunları start götürür. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi xəbərə görə, tur saat 17:30-da “Bakı” – “Rəvan” qarşılaşması ilə start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın baş hakimi Anar Salmanov olacaq.

Günün digər qarşılaşmasında isə “İnter” “Simurq”u sınağa çəkəcək. Turun mərkəzi qarşılaşması isə Lənkəran şəhər mərkəzi stadionunda oynanılacaq. Burada əzəli rəqiblər “Xəzər Lənkəran” və “Neftçi” üz-üzə gələcək. Ramil Diniyevin idarə edəcəyi oyun saat 20:00-da başlayacaq.

Xatırladaq ki, turnir cədvəlinə 4 turdan sonra aktivində 10 xal olan “Xəzər Lənkəran” klubu liderlik edir. “Qəbələ” 8 xalla ikinci, AZAL isə 7 xalla üçüncüdür. Aktivlərində 6 xal olan “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” 4-cü və 7-ci yerləri bölüşdürürlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar