Bu gün “Xəzər Lənkəran”–“İnter” matçı keçiriləcək
21 Avqust 2010 Şənbə 14:45
Unibank Premyer Liqasının III turunda 3 qarşılaşma oynanılacaq.
Bu gün Unibank Premyer Liqasının III turuna start verilir. Turun mərkəzi oyunu Lənkəranda son ölkə kubokunun finalçısı "Xəzər Lənkəran" və ölkə çempionu "İnter" klubları arasında keçiriləcək. İlk iki turda maksimum nəticə göstərərək turnir cədvəlində liderlik edən komandaların oyununun maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir.

Gəncədə baş tutacaq qarşılaşmada yerli komanda AZAL klubunu qəbul edəcək. Qeyd edək ki, AZAL klubu da iki oyundan 6 xal toplayaraq turnir cədvəlində "İnter" və "Xəzər Lənkəran"la bərabər ilk pilləni bölüşür. Günün son oyunu paytaxtda "Neftçi" və "Simurq" komandaları arasında baş tutacaq.

Yeni mövsümdə çempionluğa iddialı klublardan sayılan "Neftçi"ni əsasən gənc futbolçulardan təşkil olunmuş "Simurq"la oyunun favoriti saymaq olar.

Bu gün baş tutacaq qarşılaşmaların başlama vaxtları ilə sizi tanış edirik:
"Gəncə" – AZAL 18:00, "Xəzər Lənkəran" - "İnter" 20:00, “Neftçi" - "Simurq" saat 21:00, ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar