Bu gün UEFA Çempionlar Liqasında püşk atılacaq
17 Dekabr 2010 Cümə 03:05
“İnter” “Barselona”, “Çelsi” və “Bavariya” ilə, “Barselona” “Milan” və “Arsenal”la qarşılaşa bilər
Bu gün Bakı vaxtı ilə saat 15.00-da UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Bu mərhələnin iştirakçıları iki səbətə bölünüblər. Birinci səbətdəki komandalar ilk oyunu səfərdə (15-16 və 22-23 fevral), cavab oyunlarını isə evdə (8-9 və 15-16 mart) keçirəcəklər. Bu mərhələdə eyni ölkədən olan, eləcə də, eyni qrupda mübarizə aparmış komandalar rəqib ola bilməzlər.
1-ci səbət: “Tottenhem”, “Şalke-04”, “Mançester Yunayted”, “Barselona”, “Bavariya”, “Çelsi”, “Real”, “Şaxtyor”.
2-ci səbət: “İnter”, “Lion”, “Valensiya”, “Kopenhagen”, “Roma”, “Marsel”, “Milan”, “Arsenal”.
DOSTLARINLA PAYLAŞ: