Bu gün Türkiyədə Avropa kuboku start götürür
17 İyul 2010 Şənbə 13:00
Yarışda azərbaycanlı cüdoçular da iştirak edəcək.
Bu gün Türkiyənin İstanbul şəhərində cüdo üzrə böyüklər arasında Avropa kuboku start götürür. Azərbaycan Cüdo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkəmizi yığma komandanın məşqçisi Fərhad Məmmədovun rərbərliyi altında ümümilkdə 12 cüdoçu təmsil edəcək.

İlqar İsmayılov, Vüqar Əlipaşayev, Rasim Əsədullayev , Arif Şahlarov ( hamısı -60kq) , Sərxan Əhmədov, Orxan Hacıağalı, Rauf Mövlamov ( hər üçü -66kq), Nadir Babayev (-73kq) , Ramin Qurbanov (-90kq) , Elmar Qasımov, Şahin Məmmədov ( hər ikisi -100kq) və Nadir Babayev (+100kq) ilə təmsil olunacaq.

Xatırladaq ki, Beynəlxalq dərəcəli referi Fariz Hüseynov Avropa kubokunda hakim qismində iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar