Bu gün Premyer Liqada yeni mövsümə start verilir
04 Avqust 2012 Şənbə 10:57
İlk oyun günü 3 qarşılaşma baş tutacaq.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012/13 mövsümünə start verilir. ANS PRESS-inməlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

"Sumqayıt" doğma meydanda AZAL ilə görüşəcək. "Simurq" "Qəbələ"ni qəbul edəcək. Qərb derbisində isə "Kəpəz"lə "Turan" üz-üzə gələcək.

Turun qalan iki oyunu bazar günü baş tutacaq: "Rəvan" - "Xəzər Lənkəran", "İnter" - "Qarabağ". Turun daha bir görüşü – “Neftçi” - “Bakı” qarşılaşması isə təxirə salınıb.

Premyer Liqa
1-ci tur
4 avqust (şənbə)

18:30. "Sumqayıt" - "Azal"
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.

18:30. "Kəpəz" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Gəncə. Şəhər stadionu.

19:00. "Simurq" – "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov.
Zaqatala. Şəhər stadionu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar