Bu gün milimizin taleyi həll olunur
16 Oktyabr 2010 Şənbə 14:40
19 yaşadək futbolçularımızın qitə birinciliyində iştirakına aydınlıq gəlir.
19 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız bu gün qrup mərhələsində son oyununu keçirəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmada yığmamızın rəqibi Gürcüstan komandası olacaq.
Xatırladaq ki, U-19 AÇ-nin ilkin seçmə mərhələsində birinci oyununu oktyabrın 11-də Portuqaliya yığmasına qarşı keçirib və matç 2:2 hesabı ilə başa çatıb. Yığmamız oktyabrın 13-də keçirdiyi ikinci oyunda yunanıstanlı həmyaşıdlarına 0:1 hesabı ilə məğlub oub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: