Bu gün Maradonanın yubileyidir
30 Oktyabr 2010 Şənbə 13:15
Dahi argentinalının 50 yaşı tamam olur.
Bu gün dünya futbolunun ən məşhur simalarından olan Dieqo Armando Maradonanın 50 yaşı tamam olur. Dieqo Maradona yaşadığı 50 il ərzində saysız-hesabsız uğurlara imza atıb. O, 1986-cı il Dünya çempionatının qalibidir.

Futbolçu 1979 və 1980-ci illərdə Cənubi Amerikada “ilin futbolçusu” seçilib. Dieqo Maradonanın 1986-cı il Dünya çempionatında İngiltərə yığmasının qapısından keçirdiyi qol “Əsrin qolu” nominasiyasının qalibi olub.

Futbolçu bundan başqa Argentinanın paytaxtı olan Buenos-Ayres şəhərinin də fəxri vətəndaşıdır. Maradona Pele ilə birlikdə indiyədək gəlmiş-keçmiş futbolçular arasında ən dahiləri hesab edilirlər. Son zamanlaradək belə bir deyim də mövcuddur – “Pele “futbolun kralı”dırsa, Maradona “futbolun Allahı”dır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar