Bu gün İngiltərə-Azərbaycan matçı keçiriləcək
01 Sentyabr 2011 Cümə Axşamı 10:24
21 yaşadək futbolçular münasibətlərinə “Dumanlı Albion”da aydınlıq gətirəcəklər
Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının seçmə qrup mərhələsinin növbəti qarşılaşmasına çıxır. ANS PRESS-in məlumatına görə, bu dəfəki rəqib güclü İngiltərə yığma komandasıdır.

Komandamız futbolun yaradıcıları ilə səfərdə qarşılaşacaqlar. Qrupumuzda yer alan digər komandalardan Belçika və İslandiya öz aralarında münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, İngiltərə-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Matçı Xorvatiyadan olan baş hakim idarə edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar